Bank Of Baku

Kənd təsərrüfatında mövsümi çalışanlara gündəlik nağd ödənişin yuxarı həddi artırılıb

Kənd təsərrüfatında mövsümi çalışanlara gündəlik nağd ödənişin yuxarı həddi artırılıb
# 22 oktyabr 2025 12:54 (UTC +04:00)

Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi artırılıb.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manatdan otuz manata qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR