Bank Of Baku

Prezident: Azərbaycan TDT-yə üzv ölkələrə bir çox önəmli sərmayələri icra edir

Prezident: Azərbaycan TDT-yə üzv ölkələrə bir çox önəmli sərmayələri icra edir
# 07 oktyabr 2025 13:28 (UTC +04:00)

TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub.

APA-nın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə deyib.

“Bunun çox hissəsi Türkiyə iqtisadiyyatına qoyulan sərmayələrdir. Ümumilikdə, atılan addımlar Türk dünyasında dost və qardaş ölkələr arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək”, - dövlət başçısı vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR