"Azərbaycandan göndərilən benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir”.
APA-nın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyevin Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin göndərilməsi də geniş vüsət alıb: “Biz çox tarixi dövr yaşayırıq. Azərbaycan Ermənistana sülh təklif etdi və müsbət cavab aldı. Bu sahədə Almaniya hökumətinin rolunu yüksək qiymətləndiririk. Bu günə qədər 40 min tondan çox tranzit yüklər Azərbaycan ərazisindən keçib Ermənistana göndərilib".