Bank Of Baku

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə Azərbaycana dəstəyinə görə təşəkkür edib

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

© APA | Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

# 07 mart 2026 10:04 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycana dəstəyinə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkür edib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesabında paylaşım edilib.

“Prezident Kasım-Jomart Tokayevə İran dövləti tərəfindən Naxçıvana edilən hücumları pislədiyinə və Azərbaycanla Qazaxıstan arasında qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə verdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm”, - paylaşımda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR