Bank Of Baku

Prezident İlham Əliyev Özbəkistana səfərə gəlib

Prezident İlham Əliyev, Özbəkistanın Baş naziri Abdulla Aripov

© APA | Prezident İlham Əliyev, Özbəkistanın Baş naziri Abdulla Aripov

# 15 noyabr 2025 13:32 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün noyabrın 15-də Özbəkistana səfərə gəlib.

APA-nın Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR