Bank Of Baku

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təyyarə qəzası ilə bağlı başsağlığı verib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təyyarə qəzası ilə bağlı başsağlığı verib
# 11 noyabr 2025 16:47 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təyyarə qəzası ilə bağlı başsağlığı verib.

APA xəbər verir ki, başsağlığında deyilir:

"Əziz Qardaşım.

Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR