Bank Of Baku

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva

© APA | Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva

# 08 noyabr 2025 12:05 (UTC +04:00)

Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.

APA xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdilər.

Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində Qələbəmizə həsr olunmuş Hərbi parada hazırlaşan paytaxt Bakının mənzərəsini seyr etdilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR