Bank Of Baku

Putin AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə bir daha başsağlığı verib

Rusiya Prezidenti Vladimir Putin

© APA | Rusiya Prezidenti Vladimir Putin

# 09 oktyabr 2025 16:34 (UTC +04:00)

Rusiya Prezidenti AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə bir daha dərin hüznlə başsağlığı verib və qeyd edib ki, Rusiya razılaşmaya uyğun olaraq Azərbaycan təyyarəsinin qəzasının araşdırılmasına hər cür köməklik göstərir.

APA xəbər verir ki, Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Düşənbədə keçirilən görüşdə təyyarə qəzası ilə bağlı ilk gündən üzr istədiyini, həlak olanların ailələrinə ən səmimi başsağlığı verdiyini xatırladıb.

“Bütün bunları təkrarlamaq və bir daha demək istərdim ki, biz, əlbəttə, razılaşdırıldığı kimi, istintaqa hər cür köməklik göstəririk”, - Rusiya Prezidenti vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR