Elvin Nazim oğlu Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, sabiq icra başçısı Musa Şəkiliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla həbs edilib.