Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
# 24 aprel 2024 13:56 (UTC +04:00)

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib.

Dövlət başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Prezident məktəbin təməlqoyma mərasimində iştirak edəcək. “Belə qardaş münasibət bizim üçün çox önəmli əhəmiyyət daşıyır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR