Azərbaycan prezidenti latviyalı həmkarını təbrik edib

Azərbaycan prezidenti latviyalı həmkarını təbrik edib
# 17 noyabr 2015 15:46 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev latviyalı həmkarı Raymonds Veyonisi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, Latviya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Latviya arasındakı ənənəvi dostluq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcək. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Latviya xalqına daim sülh və rifah diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR