TANAP-ın inşası Türkiyədə boru istehsalının 7% artırıb

TANAP-ın inşası Türkiyədə boru istehsalının 7% artırıb
# 23 iyun 2016 12:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) inşası Türkiyədə boru istehsalı həcminin artmasına səbəb olub.


"APA-Economics" xəbər verir ki, bunu Türkiyənin Polad Boru İstehsalçıları Assosiasiyasının sədri Mehmet Zeren bildirib.

Onun sözlərinə görə, Türkiyədə boru istehsalı 2015-ci illə müqayisədə 7% artıb. Belə ki, ilin əvvəlindən yerli istehsalçılar 4,5 mln. ton məhsul istehsal edib.

Qeyd edək ki, TANAP-ın tikintisinə 2015-ci ildə başlanılıb. İllik 16 mlrd. kubmetr Azərbaycan təbii qazını Türkiyəyə çatdıracaq kəmərin uzunluğu 1 800 kilometr təşkil edəcək. Türkiyənin boru istehsalçıları TANAP-ın 80%-ni, Çinin "Baosteel" şirkəti isə qalan hissəsini boru ilə təchiz edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR