ABŞ-da işsizliyin səviyyəsinin artması birjaları çökdürüb

ABŞ-da işsizliyin səviyyəsinin artması birjaları çökdürüb
# 08 sentyabr 2015 06:39 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,66% - 16 102,38 bəndədək, S&P 500 1,53% - 1 921,22 bəndədək, NASDAQ 1,05% - 4 683,92 bəndədək azalıb.

ABŞ fond bazarında əsas indekslərin ucuzlaşmasına bu ölkənin Əmək Nazirliyinin ölkədə işsizliyin səviyyəsi barədə açıqladığı xəbərlər səbəb olub. Belə ki, ABŞ da işsizliyin səviyyəsi 2008-ci ildəkindən də aşağı səviyyəyə düşüb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,52% - 6 074,52 bəndədək, Fransa CAC-40-ı 0,59% - 4 549,64 bəndədək, Almaniya DAX-ı isə 0,70% - 10 108,61 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 0,50 dollar azalaraq 1 120,90 dollara, gümüş isə 0,06 dollar ucuzlaşaraq 14,49 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR