DİN Ağcabədi rayonunda baş verən qətllə bağlı məlumat yayıb

DİN Ağcabədi rayonunda baş verən qətllə bağlı məlumat yayıb
# 13 iyul 2015 12:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Ağcabədi rayonunda baş verən qətllə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 12-də Ağcabədi rayonunun Aran kənd sakini Musa Əliyev kənd ərazisindən Əbil Məmmədova məxsus “VAZ-21099” markalı avtomobili qaçırıb həmkəndlisi İlham Həsənovun yaşadığı evə gedib. Orada olarkən M.Əliyev münaqişə zəminində İ.Həsənovu bıçaqla qətlə yetirib avtomobildə hadisə yerini tərk edib.

Avtomobil həmin gün Aran kəndində yol ayırıcısına vurulmuş vəziyyətdə tapılıb.

Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə M.Əliyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR