Gürcüstanda matəm elan olunub

Gürcüstanda matəm elan olunub
# 14 iyun 2015 16:11 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. İyunun 15-i Gürcüstanda matəm günü elan olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili təbii fəlakətin törətdiyi fəsadları aradan qaldırmaq üçün yaradılan Fövqəladə Hallar Qərargahının iclasında bildirib.

"Təəssüf ki, bizim həlak olan vətəndaşlarımız var. Hökumət adından onların ailələrinə başsağlığı verirəm. Bu, bizim üçün çox böyük faciədir. İyunun 13-14-də Tiflisdə həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq iyunun 15-ni matəm günü elan olunması haqqında hökumətin sərəncamı var", - deyə Qaribaşvili bildirib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR