Avstraliyada 28 May Respublika Günü qeyd olunub - FOTO

Avstraliyada 28 May Respublika Günü qeyd olunub - <span style="color: red;">FOTO
# 29 may 2015 08:09 (UTC +04:00)

Bakı-APA. 28 May Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 97 illik yubileyi münasibətilə Azərbaycanın Avstraliya İttifaqındakı Səfirliyi tərəfindən Kanberra şəhərində “Hellenic Club” da təntənəli ziyafət təşkil edilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə əsas qonaq qismində Avstraliya Xarici İşlər və Ticarət Departamentinin Protokol xidmətinin rəisi Kris Kannan (Chris Cannan) həmçinin, Avstraliya Federal Parlamentinin üzvləri Alan Qriffin, Toni Zappia, Luk Simpkins, Bryus Skott , Rik Vilson, Maykl Makkormak, Qland Lazares, Avstraliya Xarici İşlər və Ticarət Departamentinin məsul işçiləri, Avstraliyanın aparıcı dövlət və özəl şirkətlərinin, tədqiqat mərkəzləri və universitetlərin nümayəndələri, Avstraliyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, Avstraliya kütləvi informasiya vasitələrinin nümayəndələri, Avstraliyada yaşayan və təhsil alan azərbaycanlılar da daxil olmaqla ümumilikdə 250 nəfərə yaxın qonaq iştirak edib.

Tədbir Azərbaycan və Avstraliyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Əsas qonaq Avstraliya hökuməti adından Azərbaycan xalqını və Prezidentini Respublika günü münasibəti ilə təbrik edib. Tədbiri giriş sözü ilə səfir Rövşən Cəmşidov açıb. Səfir çıxışında ADR-in yaranma tarixi haqqında danışıb, onun qısa müddət ərzində mövcud olmasına baxmayaraq, Azərbaycanın dövlət quruculuğunda oynadığı böyük rol barədə tədbir iştirakçılarına məlumat verib.

Səfir Azərbaycan və Avstraliya arasındakı ikitərəfli əlaqələrdən bəhs edərək, ölkəmizin Avstraliya ilə müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb.

Eyni zamanda o, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə toxunaraq, bunun Azərbaycanın, eləcə də bütün regionun hərtərəfli inkişafına ciddi şəkildə mənfi təsir göstərdiyini təəssüflə qeyd edib. R. Cəmşidov Azərbaycanın dünya ölkələrindən problemin həllində qəti, ədalətli mövqe gözlədiyini vurğulayıb və təcavüzkar ölkənin təcavüzə məruz qalmış ölkədən fərqləndirilməsinin zəruri olduğunu bildirib.

Daha sonra fəxri qonağın və diplomatik korpus rəhbərlərinin iştirakı ilə Respublika günü münasibətilə ziyafət olub.

Tədbirdə Brizben şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun üzvü Emin Tağıyevin rəhbərlik etdiyi “Tagiev music scholl”un üzvlərindən ibarət kvartet Ü.Hacıbəyov, Q.Qarayev, T.Quliyev, A.Zeynallı və s. bəstəkarların əsərlərindən ibarət proqram ifa edib.

Eyni zamanda Melburn şəhərində yaşayan Azərbaycan diasporun aktiv üzvü Eldar Rubinovun şəxsi kolleksiyasına aid azərbaycanlı rəssamların rəsm əsərləri qonaqlara nümayiş etdirilib.

Ziyafət zamanı Bakıda keçiriləcək ilk Avrpa oyunlarının video təqdimatı olub, daha sonra Azərbaycanın iqtisadiyyatını, turizm imkanlarını, mədəniyyətini özündə əks etdirən müxtəlif video çarxlar nümayiş etdirilib.

Bundan başqa, tədbirə qatılmış qonaqlara “İRS-Heritage”, “Vision of Azerbaijan”, Avropa oyunlarına həsr olunmuş açıqcalar, həmçinin 28 May Respublika günü “Baku to host inaugural European Games” adlı məqalənin dərc olunduğu “Canberra Times” qəzeti paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR