"500 Global Akselerasiya" proqramına ilk Azərbaycan Fintex şirkəti seçilib - FOTO

"500 Global Akselerasiya" proqramına ilk Azərbaycan Fintex şirkəti seçilib - FOTO
# 17 noyabr 2022 10:30 (UTC +04:00)

Dünyanın ən yaxşı startap akseleratoru olan 500 Global Akselerasiya proqramına bu il ilk Azərbaycan Fintex startapı iştirak haqqı qazanıb. 500 Global Akselerasiya proqramına hər il yüzlərlə startap müraciət edir. Müraciətçilərdən çox az bir qismi proqramda iştirak haqqı qazanır. Bu il proqrama qəbul olan 15 startapdan biri Azərbaycanda Fintex layihəsi olan Epoint startapıdır. Epoint - Global İnnovations MMC şirkətinin bir layihəsidir.

"APA-Economics" xəbər verir ki, proqrama qoşulan Global İnnovations MMC şirkəti və onun Epoint layihəsi, 500 Global akselerasiya proqramında iştirak edən ilk Azərbaycan Fintex şirkəti olub.

Global İnnovations MMC şirkətinin təsisçisi və direktoru Zeynal Kərimzadə açıqlamasında proqram haqqında fikirlərini bildirib:

“500 Global Akselerasiya proqramı, dünyanın Top 3 siyahısında olan akselerasiya proqramıdır. Sözsüz ki bu proqrama qatılmaq, hər bir startapın arzusudur. Burada 3 aylıq mentor proqramı və dünyanın hər bir yerindən olan digər komandalar ilə fikir mübadiləsi, təcrübənin bölüşməsi və proqram nümayəndələri tərəfindən dəyərli məsləhətlərin vermələri əsas dəyər qatır. Əlavə olaraq proqrama qoşulan layihələrə yatırımlar olunur və dünya miqyaslı vençur fondlar ilə tanış olmaq imkanları yaranır. Epoint olaraq bu proqramda iştirak etməyimizə çox şadıq və çalışacayıq ki layihəmizi digər ölkələrdə tanıdaq.”

500 Global 2010-cu ildə əsası qoyulmuş və erkən mərhələdə yüksək inkişaf edən texnologiya startaplarına sərmayə qoyan qlobal vençur kapitalı firmasıdır. Yarandığı gündən 500 Global 81 ölkədə 2600-dən çox şirkətin 5000-dən çox təsisçisini dəstəkləmişdir. Onun portfelinə 1 milyard dollar dəyərində 45 şirkət və dəyəri 100 milyon dollardan çox olan 130-dan çox şirkət daxildir. 500 Global maraqlı tərəflərlə sıx əməkdaşlıq edir və hökumətlərə və korporasiyalara startapın sürətli inkişafı üçün sahibkarlıq ekosistemlərinin yaradılması ilə bağlı məsləhətlər verir. Onu da qeyd edək ki, 500 Startups akselerasiya proqramı 2021-ci il sentyabrdan etibarən 500 Global olaraq adlandırılır.

Epoint.az – Azərbaycanın kiçik və orta sahibkarları üçün rəqəmsal ödənişlər aqreqatoru və elektron kommersiya platformasıdır. Onun köməyi ilə heç bir əlavə xərc, texniki bilik və köməkçi texniki və əməliyyat resursları tələb etmədən sahibkarlara bank kartları üzrə ödənişlərin qəbulu sistemi təklif edilir

Epoint layihəsi, Visa beynəlxalq ödənış şirkəti və BDO beynəlxalq audit şirkəti ilə əməkdaşlıqda “Global Innovations” şirkəti tərəfindən həyata keçirilib.

*Epoint – 2022-ci ilin may ayında Teknofest aerokosmik və texnoloji festivalın çərçivəsində keçirilmiş Takeoff beynəlxalq startaplar müsabiqəsinin qalibləri arasında yeganə Azərbaycan layihəsidir. Müsabiqədə Epoint.az Amerika şirkətindən sonra ikinci yeri tutub.

* Epoint – 2022-ci ilin sentyabr ayında Orta Asiyada keçirilən Digital Bridge ən böyük rəqəmsal texnoloqiyalar forumu çərçivəsində keçirilmiş Astana Hub Battle beynəlxalq startaplar müsabiqəsinin yarım finalçısıdır.

*Global Innovations MMC – AR İqtisadiyyat Nazirliyindən “Startap Sertifikatı” almış birinci Fintex şirkətdir. Bu, onu növbəti üç il ərzində mənfəət vergisini ödəmək öhdəliyindən azad edib.

Platforma haqqında sizi maraqlandıran bütün məlumatları aşağıdakı əlaqə telefonu vasitəsilə əldə edə bilərsiniz: +99470 242 99 66.

Rəsmi sayt - https://epoint.az

Elektron poçtun ünvanı - [email protected]

Epoint.az sosial şəbəkələrdə – Facebook, Instagram, Linkedin

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR