Azərbaycan iqtisadiyyatının investisiya potensialına dair beynəlxalq forum keçiriləcək

Azərbaycan iqtisadiyyatının investisiya potensialına dair beynəlxalq forum keçiriləcək
# 07 dekabr 2020 12:25 (UTC +04:00)

Dekabrın 23-də 2020-ci ilin yekunlarına və Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin investisiya potensialına həsr olunacaq 10-cu Beynəlxalq "Caspian Energy Investment Forum Baku" tədbiri keçiriləcək.

"Caspian Energy Club"dan "APA-Economics"ə verilən məlumata görə, onlayn formatda təşkil olunacaq tədbirdə, dünyanın 50 ölkəsindən 1 500-dən artıq nümayəndə qatılacaq. Onların sırasında dövlət qurumlarının rəhbərləri, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçıları, həmçinin Azərbaycanda akkreditasiyadan keçən diplomatik və beynəlxalq missiya nümayəndələri də var.

"Caspian Energy Investment Forum Baku – 2020" tədbirində ilin iqtisadi yekunları, həmçinin pandemiyanın iqtisadiyyatın müxtəlif sahələrinə təsiri müzakirə olunacaq. Ekspertlər pandemiyanın mənfi təsirlərinin azaldılması istiqamətində Azərbaycanda və region ölkələrində tətbiq olunan təcrübə ilə bölüşəcək, növbəti ildə iqtisadi proseslərin əsas və alternativ inkişaf yollarını müzakirə edəcəklər.

Müzakirələr zamanı əsas diqqət Azərbaycanın işğaldan azad olunmuş rayonlarının bərpasına və inkişafına yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR