Azərbaycana alkoqollu içkilərin idxalı kəskin azalıb

Azərbaycana alkoqollu içkilərin idxalı kəskin azalıb
# 29 dekabr 2020 12:25 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 10 934,61 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin göstəriciləri əsasında apardığı hesablamalara görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,6% azalıb.

Cari ilin 11 ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,67%-ə bərabər olub.

Hesabat dövründə qeyd olunan məhsulların ölkəyə idxalının dəyəri 56 427,85 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 8,4% azdır. Cari ilin yanvar-noyabr aylarında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,58% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR