Bu ilin noyabrın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 251,3 min nəfər olub, onlardan 4 887,8 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,04% artıb, məşğul əhalinin sayı isə 1,1% azalıb.
Cari il oktyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 681,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 908 min nəfər, qeyri-dövlət sektorunda isə 773,6 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 33,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 647,7 min nəfər çalışıb.