Bank Of Baku

Azərbaycanda ötən ay geyim və ayaqqabı satışları artıb

Azərbaycanda ötən ay geyim və ayaqqabı satışları artıb
# 17 mart 2021 16:53 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əhali tərəfindən 997,5 mln. manat dəyərində toxuculuq məhsulları, geyim və ayaqqabılar alınıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 7,1% azalıb. Təkcə fevralda istehlakçılara pərakəndə ticarət şəbəkəsində 502,3 mln. manatlıq geyim məhsulları satılıb ki, bu da yanvar ayı ilə müqayisədə 1,4% çoxdur.

Qeyd edək ki, 2021-ci ilin ilk iki ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 16,6%-i toxuculuq məhsullarının, geyim və ayaqqabıların alınmasına sərf olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR