Bu ilin yanvar-fevral ayında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 82 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,2% artıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, tikinti gipsinin istehsalı 4 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 19,5%, tikinti əhənginin istehsalı 18,4%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 14,7% artıb, tikinti kərpicinin istehsalı 7,6%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 20,4%, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 65,7%, asfaltın istehsalı isə 77,6% azalıb.
Tikinti materiallarının istehsalı sahәsindә әsas mәhsul növlәrinin buraxılışı:
Mәhsul növlәri |
2021-ci ilin yanvar-fevral aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq ayına nisbətən, % |
Sement, min ton |
410,6 |
100,0 |
Tikinti gipsi, min ton |
2,8 |
400,0 |
ondan әmtәәlik |
2,8 |
400,0 |
Tikinti әhәngi, min ton |
5,8 |
118,4 |
Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton |
12,5 |
114,7 |
Betondan yığma tikinti konstruksiyaları, min kub metr |
7,4 |
79,6 |
Asfalt, min ton |
5,8 |
22,4 |
Tikinti kәrpici, min kubmetr |
65,3 |
92,4 |
Hörmә üçün hazır beton qarışığı, min ton |
269,9 |
119,5 |
Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton |
605,9 |
34,3 |