Prezident İlham Əliyev “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb.
APA-nın məlumatına görə, Fərmana əsasən, fondun İdarə Heyətinin tərkibinə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi dörd nəfərdən - Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin üç müavinindən ibarət olacaq.
Əvvəl İdarə Heyətinin tərkibi 3 nəfərdən ibarət idi.
Fərman Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun səmərəli fəaliyyətinin təşkili və idarəolunma mexanizminin optimallaşdırılması məqsədilə imzalanıb.