Ötən il Türkiyənin inşaat materiallarının ixracının həcmi illik ifadədə 16,2% artaraq rekord göstəriciyə – 59,96 mln. tona yüksəlib, dəyəri isə 1,5% azalaraq 21,16 mlrd. ABŞ dolları təşkil edib.
"APA-Economics"in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türk İnşaat Materialları İstehsalçıları Assosiasiyasının açıqlamasında deyilir.
Assosiasiyanın hesabatına görə, 2020-ci ilin I rübündə inşaat materialları ixracatı yüksək səviyyədə olsa da, sonradan pandemiya səbəbindən tendensiya azalmağa doğru gedib.
Ötən il tikinti materiallarının orta ixrac dəyəri 2019-cu ildəki 0,41 dollara qarşı hər kiloqram üçün 0,35 dollar olub.
Assosiasiya həmçinin bildirir ki, qiymətlərin enməsinə pandemiya və xarici bazarlarda tələbatın azalması təsir edib.