Bank Of Baku

Aİ rəsmisi: "Azərbaycanla Aİ arasında geniş ixrac imkanları var"

Aİ rəsmisi: "Azərbaycanla Aİ arasında geniş ixrac imkanları var"
# 10 oktyabr 2022 10:38 (UTC +04:00)

"Biz Şərq Tərəfdaşlığı (ŞT) Ticarət Yardım Masası platformasının işə salınmasını alqışlayırıq. EaP Trade Helpdesk platformasından istifadə Azərbaycanın istifadə olunmamış ixrac potensialının açılmasında mühüm rol oynayır".

"APA-Economics" xəbər verir ki, bunu Şərq Tərəfdaşlığı (ŞT) Ticarət Yardım Masası platformasının təqdimat mərasimində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Müvəqqəti işlər vəkili Crtomir-Peter Fisinger deyib.

O bildirib ki, bu, siyasətçilərə və bizneslərə, o cümlədən KOM-lara Aİ və Azərbaycan arasında güclü tərəfdaşlıq çərçivəsində ŞT regionunda və Aİ-də ticarət üçün yeni bazarları və məhsulları düzgün planlaşdırmağa və müəyyən etməyə kömək edəcək.

Fisinger əlavə edib ki, Azərbaycanın ticarət dövriyyəsinin 45%-i, o cümlədən ixrac məhsullarının yarıdan çoxu Avropa ilə bağlıdır, o cümlədən Azərbaycan Avropa üçün fındığın əsas ixracatçısıdır. Sözügesən platforma bu baxımdan əlaqələrin daha da güclənməsinə şərait yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR