Bu ilin yanvar-avqust ayları ərzində nəqliyyat vasitələrinin özəlləşdirilməsindən dövlət büdcəsinə daxil olan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə artıb.
Əmlak Məsələləri Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə nəqliyyat vasitələri üzrə ümumilikdə ilkin satış qiyməti 1 467 785 manat olsa da, rəqabətli hərrac nəticəsində bu, 1 843 318 manat təşkil edib. Təklif ilkin satış qiymətindən 375 533 manat çox olub.
Ümumilikdə nəqliyyat vasitələrinin də özəlləşdirilməyə çıxarıldığı 29 hərrac keçirilib.
Hərraclara çıxarılan 721 nəqliyyat vasitəsindən 375-i satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.