Bank Of Baku

Azərbaycan Şərq Tərəfdaşlığı regionuna ixracını 40% artıra bilər

Azərbaycan Şərq Tərəfdaşlığı regionuna ixracını 40% artıra bilər
# 10 oktyabr 2022 11:07 (UTC +04:00)

Azərbaycan Şərq Tərəfdaşlığı regionunda ixracını 6% artırıb, əlavə 40% artırmaq potensialı da var. Bu isə illik üçün 77,8 milyon dollar ixrac potensialı deməkdir.

"APA-Economics" xəbər verir ki, bunu ŞT Ticarət Yardım Masası platformasının təqdimat mərasimində Beynəlxalq Ticarət Mərkəzinin nümayəndəsi Martiz Lopez deyib.

M.Lopez bildirib ki, Azərbaycanın kimya sektoru 2026-cı ilə qədər ixracını iki dəfə artıra bilər. Bu baxımdan Azərbaycan məhsullarının Aİ bazarları ixrac imkanları yaranıb.
"Azərbaycanın meyvə-tərəvəz sektoru 2026-cı ilə qədər Almaniya, Yunanıstan, İtaliya və Rumıniya bazarları da daxil olmaqla, bu bazarlar üzrə müvafiq olaraq 15 milyon avro və 23 milyon avrodan çox ixrac potensialına malikdir", - deyə o əlavə edib.

O qeyd edib ki, ŞT Ticarət Yardım Masası platformasının mövcud və yeni müəyyən edilmiş bazarlar üzrə bazar tələbləri barəsində təfsilatlı məlumat mövcuddur. Layihə 2024-cü ilə qədər fəaliyyət göstərəcək. Platforma istifadəyə verildikdən sonra, BTM Azərbaycan şirkətləri ilə onların biznes mühiti barədə sorğu keçirəcək və xidmət sənayesi barədə məlumatların toplanmasının təkmilləşdirilməsi istiqamətində çalışacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR