Bank Of Baku

Azərbaycana elektromobil idxalı 3 dəfədən çox artıb

Azərbaycana elektromobil idxalı 3 dəfədən çox artıb
# 18 oktyabr 2022 12:09 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 744 milyon ABŞ dolları dəyərində 55 199 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə idxal edilən avtomobillərin dəyəri 12,7 % artsa da, sayı 15 % azalıb.

Bu dövrdə idxal edilən minik avtomobillərinin sayı 51 055 ədəd, hibrid mühərrikli avtomobillərin sayı 8999, elektrik mühərrikli avtomobillərin sayı isə 301 ədəd təşkil edib.

Bu avtomobillərin 8 999-u (105,4 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 301-i (10 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Başqa sözlə, minik avtomobillərinin sayı 16%, hibrid avtomobillərin sayı 2,5 % azalsa da, ölkəyə idxal edilən elektromobillərin sayı 3,2 dəfə artıb.

Bundan əlavə, yük avtomobillərinin idxalı 13% azalaraq 3 585 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 98,2 % artaraq 222 ədəd olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR