400-dən çox Avropa şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu şirkətlər yeni iş yerlərinin yaranmasına təkan verir.
APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O qeyd edib ki, Aİ Azərbaycanda 13 min sayda kiçik və orta sahibkarlıq subyektlərinə dəstək verib və nəticədə bu subyektlər daha çox gəlir əldə edib, yeni iş yerləri yaranıb.
“Bu subyektlər 63 milyon avro gəlir əldə edib və 2000-dək yeni iş yerləri yaranıb”, - səfir əlavə edib.