Bank Of Baku

Azərbaycanda əmək müqavilələrinin sayı 1 mln. 600 mini ötüb

Azərbaycanda əmək müqavilələrinin sayı 1 mln. 600 mini ötüb
# 22 oktyabr 2022 13:15 (UTC +04:00)

3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 271.251 vahid artıb və bu il oktyabr ayının 1-nə 1 milyon 673 minə çatıb.

Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 268,445 vahid artaraq 808,4 min olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR