Bank Of Baku

Azərbaycanda “outlet” biznesinin inkişaf etdirilməsi təklif edilir

Azərbaycanda “outlet” biznesinin inkişaf etdirilməsi təklif edilir
# 22 sentyabr 2022 12:43 (UTC +04:00)

Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) Azərbaycanda “outlet” ticarətinin inkişaf etdirilməsini təklif edib.

Bu barədə "APA-Economics"ə AFRA-nın İdarə Heyətinin Sədri Fərid Novruzi bildirib. O qeyd edib ki, “outlet” düşünüldüyü kimi brendlər tərəfindən satılmayan və köhnə fəsil malları deyil, geyim istehsalı və satışı sahəsində artıq bir sənaye istiqamətidir.

"Bu geyimlər adətən baza materiallardan tikilən istehsal xətti olur və bu məhsulların qiyməti əsas istehsal xəttinə müəyyən olunan qiymətlərdən aşağı olur. Qiymətlərin aşağı olması isə bir tərəfdən idxalçıların dövriyyəsini və gəlirlərini artırmağa, digər tərəfdən isə, istehlakçılara brend geyim mallarını daha səmərəli şərtlərlə əldə etməyə imkan yaradır”,- deyə Fərid Novruzi əlavə edib.

Onun sözləriə görə, hazırda Assosiasiya üzvləri ilə “outlet” sektorunun inkişafına dair müzakirələr aparılır. Müzakirələrin nəticəsi olaraq, müvafiq dövlət qurumlarına təkliflərin hazırlanması və təqdim edilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR