Bank Of Baku

Azərbaycanda qeyri-neft sektoru üzrə bağlanmış əmək müqavilələrinin sayı açıqlanıb

Azərbaycanda qeyri-neft sektoru üzrə bağlanmış əmək müqavilələrinin sayı açıqlanıb
# 09 dekabr 2022 15:38 (UTC +04:00)

Azərbaycanda son 3 il ərzində qeyri-neft sektoru üzrə bağlanmış əmək müqavilələrinin sayı açıqlanıb.

Dövlət Vergi Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bağlanmış əmək müqavilələrinin sayı 1 mln. 740 mindən çox olub.

Məlumata görə, iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 339.553 vahid artıb və bu il dekabrın 1-nə 1.741.468 olub.

Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 287 572 vahid artaraq 827.494 təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR