Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən 1729,2 mln. manatlıq xidmət göstərilib.
Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri cari ilin ilk səkkiz ayında real ifadədə 15,3% artıb.
“Xidmətlərin 75,9%-i əhali tərəfindən istehlak olunub", - Komitədən bildirilib.