Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 675,8 mln. manat təşkil edib.
Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib. Hesabat dövründə, ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,7 mln. manat və ya 5,9% artıb.
Cari ilin avqust ayı ərzində mobil rabitə sektoru üzrə əldə olunan gəlirin həcmi ötən ilin eyni ayı ilə müqayisədə 1,3% və ya 1,1 mln. manat artaraq 87 mln. manat olub. Bu ilin iyul ayı ilə müqayisədə isə bu göstərici 7,2% və ya 6,8 mln. manat azalıb.
Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 39,1%-ni təşkil edib.