“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib
# 08 may 2024 14:24 (UTC +04:00)

“Layihənin keçirildiyi illər ərzində 1000 litrdən artıq qan verilib”- Rza Məmmədov

“Azərsun Holdinq” illərdir ki, talassemiyyadan əziyyət çəkən azyaşlılara dəstək məqsədilə qanvermə aksiyası keçirir. Şirkətlər qrupunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rza Məmmədovun məlumatına görə qanvermə aksiyası könüllülük çərçivəsində baş tutub: “Qan ver, yaşat” sosial layihəsini artıq 15 ildən çoxdur ki, keçiririk. Qanverən şəxslərə tibbi xidmət göstərilir və donor qanları Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına təhvil verilir. Qanvermə kampaniyasında holdinq daxil olan müəssisələrin əməkdaşları iştirak edir”.

Şöbə müdiri işçilərin qanvermədən əvvəl tibbi yoxlanışdan keçdiyini də bildirib: “Həkim hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq durumu əvvəlcədən müəyyən olunur və hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülür. Götürülən qan ehtiyatı yoxlanılaraq talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq”.

Rza Məmmədov onu da əlavə edib ki, layihənin həyata keçirildiyi illər ərzində Mərkəzi Qan Bankına ümumilikdə 1000 litrdən artıq qan verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR