Bu ilin yanvar-avqust aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 56% artaraq 605,4 mln. manat olub.
Bakı Şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 383,1 mln. manat olub ki, bu da ümumi dövriyyənin 63,3%-ni təşkil edib.