Moldovada Azərbaycanlı investorlar üçün geniş yatırım imkanları var.
"APA-Economics" xəbər verir ki, bunu Moldovanın baş naziri Nataliya Qavrilitsa Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə görüşü zamanı deyib.
"Cənuni Qafqazın açar ölkəsi olan Azərbaycan etibarlı tərəfdaşdır, həmçinin güclü biznes imkanları var. Bu prezident İlham Əliyev və digər dövlət rəsmiləri ilə dünənki görüşdə vurğulandı. İki ölkə arasında biznes və ticarət sahəsində əlaqələrin daha da genişlənməsinin tərəfdarıyıq. Təchizat zənciri ilə yanaşı enerji sahəsində əməkdaşlıq önəmlidir", - deyə N.Qavrilitsa əlavə edib.