Bank Of Baku

Denis Qonçar: "Rusiya Azərbaycanın üç ən böyük iqtisadi tərəfdaşından biridir"

Denis Qonçar: "Rusiya Azərbaycanın üç ən böyük iqtisadi tərəfdaşından biridir"
# 14 sentyabr 2022 12:25 (UTC +04:00)

Rusiya Azərbaycanın üç ən böyük iqtisadi tərəfdaşından biridir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar RİA Novosti agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu ilin yanvar-iyun ayları ərzində ticarət dövriyyəsi 1,67 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9% çoxdur.
"Rusiya Azərbaycanın ən böyük ticarət-iqtisadi tərəfdaşları arasında ilk üçlükdədir. Rusiya ixracının əsas məhsullarına ərzaq məhsulları, maşın, avadanlıq və ağac və metal daxildir", - deyə rusiyalı diplomat vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ən böyük istehlakçısı olan Rusiya Azərbaycanın qeyri-neft məhsullarının idxalına görə liderdir: “Rusiyanın Azərbaycana investisyalarının həcmi 4,5 milyard dollara, Azərbaycanın Rusiyaya investisiyaları isə 1,5 milyard dollara çatır. Hazırda birgə flaqman layihələr, o cümlədən “Rusiya Helikopterləri” ASC-nin helikopterlərə xidmət mərkəzi reallaşdırılır, “Qazprom”, “Rosneft”, “Lukoyl”, “Transneft” şirkətləri isə Azərbaycan karbohidrogenlərinin kəşfiyyatı, hasilatı, nəqli və tədarükü ilə məşğuldur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR