Bank Of Baku

Dövlət Vergi Xidmətinə olan vətəndaş müraciətlərinin sayı açıqlanıb

Dövlət Vergi Xidmətinə olan vətəndaş müraciətlərinin sayı açıqlanıb
# 27 oktyabr 2022 13:20 (UTC +04:00)

2022-ci ilin yanvar-sentyabr ayları ərzində vergi orqanlarına 214 min 806 müraciət daxil olub ki, bunun da 91%-i ərizə, 8,9%-i şikayət, 0,1%-i təklif olub.

APA-Economics” Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, müraciətlərin böyük əksəriyyətinin baxılması həmin dövrdə başa çatdırılıb. Baxılmış müraciətlərdən 65,5%-i həll olunub, 27,8%-i ilə bağlı izahatlar verilib, qalanları barədə müvafiq qərar qəbul edilib.

Yanvar-sentyabr ayları ərzində vergi orqanlarında müvafiq qaydada həll olunmuş faktiki şikayətlərin 91,8%-i kameral vergi yoxlamaları, qalanları maliyyə sanksiyasının silinməsi, vergi borcları, vergi ödəyicisinin qeydiyyatı, vergi mükəlləfiyyətləri (növləri), təsdiqlənməmiş azalma, şəxsi hesab vərəqələri, operativ vergi nəzarəti tədbirləri və digər məsələlərlə bağlı olub.

2022-ci ilin 9 ayı ərzində Dövlət Vergi Xidmətinin Aparatına 20 min 451 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,5%-i azdır.

Hesabat dövründə DVX-nin Aparatında ümumilikdə 340 vətəndaşın qəbulu təşkil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR