Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 749,8 mln. manat xərclənib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 8,7% və ya 140,1 mln. manat çoxdur.
Bu ilin avqust satışlarının dəyəri isə iyul göstəricisi ilə müqayisədə 8,4 mln. manat və ya 3,6% azalaraq 223,1 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin ilk səkkiz ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,7%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub. Bu, 2021-ci ilin eyni göstəricisindən 0,4 faiz bəndi azdır.