Bank Of Baku

Geosiyası proseslər Aİ-də Azərbaycanın kənd təsərrüfatı məhsullarına marağı artırıb

Geosiyası proseslər Aİ-də Azərbaycanın kənd təsərrüfatı məhsullarına marağı artırıb
# 10 oktyabr 2022 12:25 (UTC +04:00)

Avropa ölkələrində Azərbaycan kənd təsərrüfatı məhsullarına maraq artıb.

Bunu “APA-Economics”ə açıqlamasında "AzPROMO"nun İcraçı Direktorunun Müşaviri Tural Hacılı deyib.

O bildirib ki, buna səbəb baş verən qlobal geosiyasi proseslər nəticəsində logistik və tədarük zəncirlərini pozulmasıdır. Belə ki, ənənəvi tədarükçülərin öhdəliklərini yerinə yetirə bilməməsi bütün dünya üzrə idxalçıların yeni mənbələr axtarmasına səbəb olub.

Tural Hacılı prosesdən yararlanmaq, Azərbaycan meyvə-tərəvəz məhsullarının ixracı üçün bir sıra sertifikat və tələblərin yerinə yetirilməsinə ehtiyac olduğunu deyib: “Buna görə bizim istehsalçı və ixracatçılarımızı o sertifikatlaşmadan keçməyə çağırırıq. “AzPROMO” olaraq bu istiqamətdə də dəstəyimizi göstərməyə hazırıq. Yəni, bazarları dəyişmək istəyən ixracatçılar bizə müraciət edə bilərlər. Biz onlara həm müştərilərin tapılması, həm də o bazarlara istiqamətlənmək üçün digər lazımı proseslərdən keçməkdə dəstək göstərəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR