Bank Of Baku

Gürcüstan Azərbaycana avtomobil ixracını 17% artırıb

Gürcüstan Azərbaycana avtomobil ixracını 17% artırıb
# 19 oktyabr 2022 16:12 (UTC +04:00)

2022-ci ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan Azərbaycana 221,9 milyon ABŞ dolları dəyərində 22 587 ədəd avtomobil ixrac edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, hesabat dövründə Azərbaycana ixrac edilən avtomobillərin dəyəri illik ifadədə 32,2 milyon dollar və ya 16,9% artıb, sayı isə 5 938 ədəd və ya 20,8% azalıb.

Ötən ilin ilk 9 ayı ərzində Gürcüstan Azərbaycana 189,7 milyon dollar dəyərində 28 525 ədəd avtomobil ixrac edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR