Bank Of Baku

Gürcüstan Gəlirlər Xidmətinin rəhbəri: Üçtərəfli görüş əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir

Gürcüstan Gəlirlər Xidmətinin rəhbəri, maliyyə nazirinin müavini Mamuka Barataşvili

© APA | Gürcüstan Gəlirlər Xidmətinin rəhbəri, maliyyə nazirinin müavini Mamuka Barataşvili

# 28 sentyabr 2026 12:59 (UTC +04:00)

"Bizim ölkələrin dostluq, uzun tarixi əlaqələri var. Bu gün Göygöldə keçrilən üçtərəfli görüş bizim üçün çox əhəmiyyətlidir".

APA xəbər verir ki, bunu Gürcüstan Gəlirlər Xidmətinin rəhbəri, maliyyə nazirinin müavini Mamuka Barataşvili Göygöl rayonunda "Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 5-ci iclası" çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu gün aparılan müzakirələr əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir: "Üçtərəfli görüş çox səmərəli keçdi. Biz bu müzakirələrə ciddi yanaşırıq. Azərbaycana, cənab Şahin Bağırova tədbirin keçirilməsinə görə öz təşəkkürümü bildirirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR