Bank Of Baku

İranın Azərbaycana ixracı 363,2 mln. dollara çatıb

İranın Azərbaycana ixracı 363,2 mln. dollara çatıb
# 17 oktyabr 2022 13:14 (UTC +04:00)

Bu ilin ilk 6 ayında İranın Azərbaycana ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 72 faiz artıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Gömrük İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, 1401-ci ilin (İranda il martın 21-də dəyişir) ilk 6 ayında İranın Azərbaycana ixracı təqribən 363,2 mln. dollara çatıb. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 72 faiz artıb.

Eyni dövrdə İranın Azərbaycandan idxalı əvvəlki ilə nisbətən 29% azalaraq, 19,4 mln. dollar təşkil edib.

İranın regionda növbəti ixrac istiqamətləri Rusiya, Türkmənistan və Qazaxıstan olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR