Azərbaycan Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş“Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”da tələblərdən biri ləğv edilib.
"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Kollegiyası qərar verib. Qərara əsasən, qaydalarda növbəti illərdə nəzərə alınacaq amortizasiya və təmir xərclərinin məbləğinin bəyannamədə əks etdirilməsinin düzgünlüyünün araşdırılması tələbi götürülüb.