Bank Of Baku

KOBİA və Gürcüstanın Ticarət və Sənaye Palatası Anlaşma Memorandumu imzalayıblar

KOBİA və  Gürcüstanın Ticarət və Sənaye Palatası Anlaşma Memorandumu imzalayıblar
# 16 dekabr 2022 09:31 (UTC +04:00)

Dekabrın 15-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 9-cü iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gürcüstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

KOBİA-dan “APA-Economics”ə verilən məlumata görə, Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Gürcüstanın Ticarət və Sənaye Palatasının prezidenti Georgi Pertaya imzalayıb.

Anlaşma Memorandumunda Azərbaycan və Gürcüstan KOB-ları arasında əlaqələrin genişləndirilməsi sahəsində əməkdaşlıq, ticarət, investisiya və sahibkarlıq sahəsində informasiya, KOB-lara göstərilən dəstəyə dair təcrübə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR