Bank Of Baku

Nataliya Qavrilitsa: "Azərbaycan region və Aİ arasında iqtisadi əlaqələri asanlaşdırır"

Nataliya Qavrilitsa: "Azərbaycan region və Aİ arasında iqtisadi əlaqələri asanlaşdırır"
# 11 oktyabr 2022 13:08 (UTC +04:00)

“Mənim əsas məqsədlərimdən biri biznes ictimaiyyətinin nümayəndələri ilə sıx əlaqə saxlamaq və onların səslərinin nəinki eşidilməsini, həm də milli səviyyədə normativ hüquqi bazaya çevrilməsini təmin etməkdir”.

APA-Economics” xəbər verir ki, bunu Moldovanın Baş naziri Nataliya Qavrilitsa Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə görüşü zamanı bildirib.

“Biz vergi sistemini daha da sadələşdirmək, rəqəmsal transformasiyanı sürətləndirmək prosesindəyik ki, bu da bir yandan vətəndaş və şirkətlər, digər yandan isə dövlət qurumları arasında qarşılıqlı əlaqəni daha da sadələşdirəcək. Biz əslində daha çox ehtiyac duyulan əməliyyatlara imkan vermək üçün dövlət və özəl sektorlar arasında rəqəmsal körpülər qururuq”, - deyə Baş nazir vurğulayıb.

Nataliya Qavrilitsa həmçinin bildirib ki, ədalətsiz müharibənin iqtisadi tənəzzülünü yumşaltmağa çalışarkən region və Aİ arasında iqtisadi əlaqələri asanlaşdırdığı üçün Azərbaycanın bu prosesdə etibarlı tərəfdaş ola biləcəyinə əmindirlər: "Xüsusilə də Aİ bazarlarına çıxış baxımından. Moldova regionla dünyanın digər bölgələri arasında yüklərin daşınmasını təmin edən təhlükəsiz və səmərəli dəhlizlərin real təminatçısı ola biləcəyinə əmindir".

Vüsal Nəbiyev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR