Bank Of Baku

Nazir müavini: "Geosiyasi gərginliklər ticarət qarşıdurmalarının yenilənməsi ilə nəticələnə bilər"

Nazir müavini: "Geosiyasi gərginliklər ticarət qarşıdurmalarının yenilənməsi ilə nəticələnə bilər"
# 15 sentyabr 2022 10:57 (UTC +04:00)

Regionda baş verən iqtisadi və siyasi proseslər, ticarət və digər iqtisadi fəaliyyətlərdə məhdudiyyətlər, artan proteksionizm meylləri, qiymət artımları, qlobal təchizat zəncirində yaranan problemlər daha çevik tədbirlərin həyata keçirilməsini tələb edir.

"APA-Economics" xəbər verir ki, bunu 6-cı CAREC Beyin Mərkəzlərinin İnkişaf Forumu çərçivəsində çıxış edərkən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.
Onun sözlərinə görə, təchizat zəncirindəki maneələr əsas mərkəzlər arasında geriləmə səbəbindən yaranıb.

"Bu, 2022-ci ildə də davam edir, dünya üzrə ticarət axınlarına mənfi təsir göstərir və onu yenidən formalaşdırır. Baş verən geosiyasi gərginliklər qlobal təchizat zəncirləri üçün mühüm əks-səda doğuran ticarət qarşıdurmalarının yenilənməsi ilə nəticələnə bilər, çünki ölkələr istehsalı daha yaxın, coğrafi və siyasi baxımdan daha yaxın olan yerlərə köçürə bilər" - deyə, nazir müavini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR