Kiçik və orta sahibkarlıq subyektləri bəzi hallarda bank və maliyyə təşkilatlarından kiçik həcmli kredit belə ala bilmir.
"APA-Economics" xəbər verir ki, bunu 3-cü Maliyyə və İnvestisiya Forumunda çıxışı zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, KOBİA-ya daxil olan müraciət və şikayətlərin çoxu bununla bağlıdır: "Bir çox hallarda KOB-lar maliyyə xidmətləri təminatçılarının tələblərinə cavab vermir. Hətta cavab verdikdə belə kiçik həcmli kreditlərin belə verilməsindən çəkinirlər. Bu böyük bir problemə çevrilib".
"Belə forumların əhəmiyyəti ondan ibarətdir ki, həm banklar, həm maliyyə təşkilatları, həm də sahibkarlar bunun üzərində həll yolu tapsınlar" - deyə O.Məmmədov əlavə edib.