Bank Of Baku

Orxan Məmmədov: Qarabağda bizneslə bağlı müraciətlərin yarıdan çoxu xarici investorlarla bağlı olub

Orxan Məmmədov: Qarabağda bizneslə bağlı müraciətlərin yarıdan çoxu xarici investorlarla bağlı olub
# 17 noyabr 2022 12:31 (UTC +04:00)

Azərbaycan Hökuməti tərəfindən təqdim ediləcək imtiyaz, güzəşt və dəstək alətləri Qarabağ regionunu bizneslər üçün daha cəlbedici edəcək. Qarabağda biznes qurmaq üçün daxil olan müraciətlərin intensivliyi, əhatə dairəsi və təkliflərinin çeşidi artıq indidən bunu deməyə əsas verir.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF), İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, bugünə qədər işğaldan azad edilmiş ərazilərində biznes qurmaq üçün müxtəlif sektorları əhatə edən 1 300-dən artıq müraciət qeydə alınıb. Bu müraciətlərin təqribən 55%-i xarici investor və bizneslərdən daxil olub.

"Xarici müraciətlər Avropa, Asiya və Amerika daxil olmaqla kifayət qədər geniş coğrafi landşaftı və 40-a yaxın ölkəni əhatə edir”, - deyə O.Məmmədov əalvə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR